Modern.az

Şəfalı heyvanlar - ən yararlı süd ondaymış...

Şəfalı heyvanlar - ən yararlı süd ondaymış...

Aktual

5 Yanvar 2012, 17:10

İllərdir arı südünün, bal və balığın xeyirli tərəflərindən danışırıq. Əslində bunların çoxunun keçmiş zamanlardan bəri istifadə edildiyi barədə məlumlatlar var. Kirpi əti, tısbağa qanının bir çox xəstəliklərdə istifadə edildiyi barədə məlumatlar var, lakin bunlar hələ tibbdə təsdiqini tapmayıb.

İtlər: Almaniyanın Gerlingen şəhərindəki bir xəstəxanasının ekspertləri tərəfindən aparılan və nəticələri açıqlanan araşdırmaya görə, itlər ağciyər xərçəngini müəyyən edə bilirlər.
Araşdırmada xüsusi tərbiyə edilmiş itlər 100 xərçəng xəstəsinin 71-ni aşkar ediblər. Bundan əlavə, itlər ağciyər xərçənginə tutulmayan 400 nəfərdən 372-də bu xəstəliyin olmadığını müəyyənləşdiriblər.
Avropa Ağciyər Fondu itlərin ağciyər xərçənginin diaqnozunda istifadə edilə biləcəyini göstərən bu araşdırmanın ilk elmi iş olduğunu bildirib.
Araşdırmanı aparan ekspert Torsten Valles ağciyər xərçənginə tutulan xəstələrin nəfəslərində çox gümanki müxtəlif kimyəvi maddələrin olduğunu, xəstəliyin ilkin mərhələdə olmasına baxmayaraq itlərin inkişaf etmiş iy bilmə qabiliyyəti sayəsində bunu hiss etdiklərini bildirib. İtlər dəri, döş və bağırsaq xərçəngini də iyləyərək müəyyən edirlər.

Eşşək südü: Ana südünə ən yaxın süd eşşək südü hesab olunur. Keçmiş zamanlarda xəstə uşaqların və vərəmli xəstələrin sağalması üçün eşşək südündən istifadə edilirdi.

ABŞ-da mütəxəssislər tərəfindən aparılan araşdırmaya görə banan hörümçəyi və ya “Phoneutria nigriventer” adı ilə tanınan hörümçək növləri insan bədənini dişlədikləri yerdə ereksiya təsiri yaradırlar. Buna uyğun olaraq amerikalı həkimlər bu hörümçəklərin ereksiya problemləri yaşayan insanların müalicəsində istifadə edə biləcəklərini düşünürlər.

Qarışqa yumurtası: Qarışqa yumurtasının yağından istifadə edilməsi ilk vaxtlarda İranda mövcud olub. Osmanlı vaxtında hərəmxanada olan qadınlar, eyni zamanda Uzaq Şərq qadınları tərəfindən geniş şəkildə istifadə edilib. Bədən tüklərini azaltmaq üçün istifadə edilən qarışqa yumurtasının yağı eyni zamanda tüklər alındıqdan sonra da bədənə çəkilirdi.

Dəvə südü: Dəvə südü də vitamin və proteinlə olduqca zəngindir. Belə ki, dəvə südündə inək südündən üç dəfə çox C vitamini və 10 dəfə çox dəmir, B vitamini var. Bundan başqa dəvə südü maqneziumla da zəngindir.
Misir kraliçası Kleopatranın hər gün dəvə südü ilə çimməsi barədə əfsanə hamıya məlumdur. Mavritanyalı xanımlar da sifətlərinin gözəl olması üçün hər zaman dəvə südü içirlər. Ümumi tibdə dəvə südündən yüz illərdir ki, diabet xəsətliyinin müalicəsində də istifadə edilir. Eyni zamanda Afrikada AİDS xəstəliyinə tutulan insanlara da onu içirdirlər.

Köpək balığının qığırdağı: Köpək balığının qığırdağı qurutma və dondurma üsülü ilə əldə edilir. Qığırdaq yüksək miqdarda protein, kalsium, fosfor, natrium maddələri ilə zəngindir. Bir çox oynaq xəstəliyində, oynaq revmatizmində, osteoroxondrozda təsirlidir. Yaraları da tez zamanda sağaldır.

İlan yağı: Ənənəvi Çin tibbinin dərmanlarındandır. Ağrıkəsici xassəyə malikdir. Ən çox revmatoid artrit və oynaq revmatizmlərində istifadə edilir. Saç tökülməsində, o cümlədən saç qıranların yaranmasının qarşısının alınmasında da istifadə edilir. Saç dibində qanın hərəkət etməsində faydalı təsiri olduğu düşünülür.

İlbiz ifrazatı: İlbizlər özünə xas ifrazatı ilə boyundan böyük işlər görür. Bu ifrazatların hüceyrə yeniləyəcəyi xüsusiyyəti var. Bundan əlavə, ifrazat vasitəsilə ölü cildin təmizlənməsində də istifadə edilir. Dərinin qocalmasını gecikdirən təsirləri də var.

Arı südü: Parkinson və bəzi digər xəstəliklərin inkişafını gecikdirən təsirlərə malikdir. Bundan əlavə, qocalmanı gecikdirir, immunitet sistemini gücləndirir, mikrob xəstəliklərindən qoruyur. Yara, yanıq və qırıqların da tez zamanda sağlamasına kömək edir. Xronik yorğunluq sindromu və stresə qarşı mübarizədə də əhəmiyyətli təsiurə malikdir. Bundan əılavə dəri hüceyrələrinin yenilənməsini də tezləşdirir.

Zəli müalicəsi: Babilli və misirli həkimlər, xüsusilə məşhur həkimlərdən Qalen və İbn Sinanın da zəli müalicəsindən istifadə etdiyi barədə məlumatlar var. Avropada bir çox zəli müalicəsi xəsətxanası mövcuddur. Zəlilər tərkibində ağrıkəsici və qüvvətli antioksidanı olan maddələr ifraz edir. Damar tutulması, hemorid, oynaq və dəri xəstəliklərində istifadə olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı