Modern.az

Nazir bir neçə polis rəisinin yerini dəyişib

Nazir bir neçə polis rəisinin yerini dəyişib

Aktual

5 Yanvar 2012, 18:10

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bir neçə rayonun polis rəisi dəyişdirilib. Nazirlikdən verilən məlumata görə, Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Eminağa Zeynalov Qobustan rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bu təyinatadək Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin rəisi vəzifəsində işləyirdi.

Nazirin digər əmri ilə Beyləqan rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elsevər Aslanovun da iş yeri dəyişdirlib. O, Daşkəsən rayon Polis Şöbəsinə rəis təyin olunub.

Beyləqan Rayon Polis Şöbəsinə isə hələlik rəis təyin olunmayıb.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı