Türkiyədə bir ailə övladlarına məşhur “Kurtlar Vadisi” serialının əsas qəhrəmanlarının adlarını verib. Modern.az saytı “Vatan” qəzetinə istinadən bildirir ki, Türkiyənin Adana şəhərində yaşayan 27 yaşlı İbrahim Yılman çox sevdiyi “Kurtlar Vadisi” serialının qəhrəmanları - Polat, Memati, Abdulhey adlarını öz uşaqlarına verib.
İbrahim Yılman “ neyləyim bu filmi çox sevirəm, ona görə uşaqlarıma sevdiyim qəhrəmanların adlarını verdim” deyə bildirib.
Qəssab dükanında işləyən İ.Yılman 6 il əvvəl Sultan Yılman ilə ailə həyatı qurub. Serialı maraqla izləyən İ.Yılman 4 il əvvəl dünyaya gələn oğluna həyat yoldaşının qarşı çıxmasına baxmayaraq Polat adını qoyub. Daha sonra dünyaya gələn oğlanlarına Memati (3 yaş) və Abdulhey (1 yaş) adlarını verib.
İ.Yılman deyib ki, 3-cü oğluna ad qoyan zaman problemlə qarşılaşıb. Beləki, doğum sənədini imzalayan dövlət məmuru “2 uşağının adı Polat və Mematidir, 3-cü uşağa Abdulhey adının verilməsi qadağandır. Siyasi ola bilər” deyib. Ancaq ata fikrindən dönməyərək 3-cü övladının adını Abdulhey qoyub.
Uşaqlarını dolandırmaqda çətinlik şəkdiyini deyən ata “Kurtlar Vadisi” serialında Polat obrazını canlanıdran Necati Şaşmazdan yardım istəyib.
Modern.az