Modern.az

Qənirə Paşayeva: “Bu, ABŞ-ın öz qərarına, Azərbaycana hörmətsizliyidir”

Qənirə Paşayeva: “Bu, ABŞ-ın  öz qərarına, Azərbaycana hörmətsizliyidir”

Aktual

6 Yanvar 2012, 14:28

“Amerika Birləşmiş Şatatlarının Qarabağ ermənilərinə yardımı beynəlxalq hüquq normalarına ziddir”.

Bu sözləri ABŞ Dövlət Departamentinin separatçı Qarabağ rejiminə 2 milyon dollar ayırmasına rəğmən Modern.az saytına açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, ABŞ bir tərəfdən Azərbaycanın ərazi bütövlüyün tanıdğını qeyd edir, amma digər tərəfdən separatçı rejimə maliyyə yardımı ayırır. Bu, onun öz qərarına, Azərbaycana hörmətsizliyidir:
“Biz bunu işğalçı rejimə dəstək kimi qiymətləndiririk. Müəyyən fikirlər səsləndirirlər ki, guya yardımı seperataçı rejimə deyil, orada yaşayan insanlara edirlər. Lakin qeyd etmək lazımdır ki, Qarabağda-Azərbaycanın işğal olunmuş ərazisində fəaliyyət göstərən bütün qurumlar elə separatçı rejimə məxsusdur. Bu hansı beynəlxalq hüquq normalarına uyğundur?”.

Bunun yanlış yanaşma olduğunu deyən deputat hesab edir ki, əgər onların bu yardımı xalqlara kömək məqsədi güdürsə, o zaman Abxaziya, Denestryanı, Osetiyada olan xalqlara da kömək etsinlər: “Təbii ki, mən bunun əleyhinəyəm, bu, xoş olmayan niyyətdir. Etika qaydlarına ziddir və işğalçılara dəstək deməkdir. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir. Eyni zamanda işğalçı rejimə dəstək verir, bu həm də işğalçılara birbaşa dəstəkləmək deməkdir. Belədə biz ondan hansı obyektivliyi, məsələyə düzgün baxışı gözləyə bilərik”.

Qarabağın yalnız erməni icması deyil, azərbaycanlı icmasının da olduğunu xatırladan Qənirə Paşayeva bildirib ki, vəsaitin ayrılması yardım məqsədi daşıyırsa, o zaman Qarabağın Azərbaycanlı İcmasına da kömək etsinlər.

Amerikanın Azərbaycandakı səfirliyindən məsələyə münasibət bildirərkən qeyd ediblər ki, onlar birbaşa bu yardımı işğalçı rejimin rəhbərliyinə deyil, xalqlara ayırırlar.

Qənirə Paşayeva isə bu fikrin arqumentli cavab olmadığını və bəsit yanaşma olduğunu bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı