İkinci Dünya Müharibəsində milyonlala insanın ölümünə səbəb olan fürer uşaq vaxtı çayda batarkən bir keşiş tərəfindən qurtarılıb

Tarixçilər Adolf Hitlerin həyatı ilə bağlı yeni fakt aşkar ediblər. Tarixçilərin fikrincə, əgər uşaq vaxtı suda boğulan balaca Adolfu bir keşiş xilas etməsəydi, dünya tarixinin gedişi başqa səmtə yönələrdi, eləcə də İkinci Dünya Müharibəsi olmazdı. Modern.az saytı Qərb mətbuatına istinadən xəbər verir ki, yaxınlarda arxivdən əldə olunan sənədlərə görə, bu qeyri-adi olay 1894-cü ildə qeydə alınıb.
Məlumatda qeyd edilir ki, 1894-cu ilin yanvar ayında naməlum bir oğlan uşağı Almaniyanın cənubundakı Passau şəhərinin ərazisindən keçən donmuş şayın üzərində gəzişirmiş. Hitlerin ailəsi həmin vaxt məhz burada yaşayırmış. O vaxt buzun qırılması nəticəsində suya düşərək boğulma təhlükəsi ilə üzləşən balaca Adolfu başqa bir oğlan xilas edir. Arxiv materialında ad açıqlanmasa da, tarixçilər iddia edirlər ki, xilas olunan həmin uşaq gələcək fürer Hitler olub.
Bu iddianı müəyyən qədər 1980-cı ildə vəfat edən bir keşişin fikirləri də təsdiqləyir.
Bundan başqa, Hitler özü gənclik illərində və sonradan öz generallarına da dəfələrlə deyirmiş ki, uşaq ikən başqa həmyaşıdlarıilə həmin çayın kənarında oynamağı xoşlayıb. Amma başına gələn olayı xatırlamırmış.
Modern.az