Bu qərar partiyanın sabah keçiriləcək Məclisində veriləcək
Yanvarın 7-də Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçiriləcək. Məclisin sədri Arzu Səmədbəylinin Modern.az saytına verdiyi məlumatda görə, toplantıda partiyanın 2012-ci il fəaliyyət planının müzakirəsindən başqa, qurultayın keçiriləcəyi vaxtın müəyyənləşdirilməsi ilə bağlı məsələ də müzakirə olunacaq. Səmədbəyli deyib ki, ilkin müzakirələr nəticəsində növbəti 8-ci qurultayın mart ayından gec olmayaraq keçirilməsi haqda ilkin razılıq əldə edilib.
A.Səmədbəylinin fikrincə, Məclisin sabahkı sessiyasında qurultayla bağlı konkret vaxt müəyyənləşdiriləcək: “Qurultay may ayından gec keçirilməməlidir. Ona görə vaxtla bağlı son qərar Məclisdə veriləcək”.
Qeyd edək ki, Müsavatın bundan əvvəlki qurultayı 2005-ci ilin may ayında keçirilib. O vaxt yenidən partiyanın başqanı seçilən İsa Qəmbər növbəti dəfə bu yerə namizədliyini irəli sürməmək iddiasındadır.
***
Müsavat Partiyasının Məclisinin yanvarın 7-də keçirilən iclasında VIII qurultayın bu ilin 3-4 mart tarixlərində keçirilməsini qərara alınıb. VIII qurultayın keçiriləcəyi yerlə bağlı müvafiq strukturlara müraciət olunacaq.
Müsavat partiyasının başqanlığına namizədlər qarşıdakı həftə ərzində müəyyənləşdiriləcək.
Modern.az