Modern.az

Bu rekordu kimsə qıra bilməz – bir kişinin iki arvaddan 87 uşağı...

Bu rekordu kimsə qıra bilməz – bir kişinin iki arvaddan 87 uşağı...

Aktual

7 Yanvar 2012, 14:23


Adətən çoxuşaqlı ailələr müsəlman ölkələrinə aid edilir. Amma xristianlar arasında da dünyaya çox uşaq gətirən valideynlər var. Sən demə indiyədək dünyada ən çox uşağı olan ata elə xristian imiş. Bu dünya rekordunu indiyə qədər heç kim qıra bilməyib. Modern.az saytının məlumatına görə, həmin ata Azərbaycana qonşu olan Rusiyada yaşayıb.

Rusiyada yaşamış Vasilyev soyadlı kişinin iki arvadından nə az, nə çox düz 87 uşağı olub. Rusiya mətbuatında dərc olunan bu maraqlı məlumata görə, Vasilyevin 1782-ci ildə 75 yaşı tamam olanda - ad günündə 83-cü övladı doğulub.

Digər maraqlı məlumata görə, 1707 - 1782-ci illər arasında yaşamış bir rus qadınının 16 ikiz, 7 üçüz və 4 dördüz uşaqları doğulub. O, əkizləri 1725 – 1765-ci illər arasında dünyaya gətirib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı