Modern.az

Azərbaycandakı keçmiş döyüşçülər general Başbuğun müdafiəsinə qalxdılar

Azərbaycandakı keçmiş döyüşçülər general Başbuğun müdafiəsinə qalxdılar

Aktual

9 Yanvar 2012, 12:48

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, təqaüdçü general İlkər Başbuğun həbs edilməsi dünyada geniş müzakirə edilir.

Təkcə Türkiyədə deyil, digər türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda da bəzi kəsimlər tərəfindən generalın həbsi etirazla qarşılanıb.

Azərbaycanda Qarabağ savaşı iştirakçıları İlkər Başbuğun dərhal azadlığa buraxılmasının tərəfdarıdırlar.

“Döyüşcülərin İlkər Başbuğun həbs edilməsinə etiraz olaraq aksiya keçirmələri istisna olunmur”. Bu fikirləri Azərbaycan Vətən Müharibəsi Veterenları Birliyinin (AVMVB) sədri Füzuli Rzaquliyev Modern.az saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, İlkər Başbuğun həbsi daha çox siyasi sifariş xarakteri daşıyır: “Hərbçini siyasətə qatmaq düzgün deyil. Hərbçini sındırmaq da düzgün deyil. Düzdür, İlkər Başbuğ kimi generalı sındırmaq ümumiyyətlə mümkünsüz məsələdir. Amma ona qarşı atılan hər hansı ədalətsiz addım Türkiyə mehmetçiliyinə yönələn təhdiddir, Türkiyə hərbçisinin zəiflədilməsi deməkdir. Generalın həbs edilmə ittihamları da gülüncdür. Türkiyədə  dövlətinin üstündə həmişə hərbicilər dayanıb. Burda səslənən ittihamın özü də gülməlidir, guya silahlı dəstə yaratmaq,  terror hadisəsi törətmək istəyi olub. Bu adamın əlinin altında 700 minlik şəxsi heyət olub. Təzədən nə yaratmaq istəyəcək ki?”.

F.Rzaquliyev deyib ki, Azərbaycan Vətən Müharibəsi Veterenları Birliyi İlkər Başbuğun həbsini pisləyir və bunu qəbul etmir.

İlkər Başbuğun azadlığa buraxılmasını istədiklərini qeyd edən F.Rzaquliyev qeyd edib ki, bunun üçün imza toplamaq və etiraz aksiyası keçirmək fikrindədirlər.

Sədaqət SÜLEYMANOVA  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı