Modern.az

Məşhur astrofizikdən qorxulu proqnoz: “Dünyanın sonuna heç 1000 il qalmadı”

Məşhur astrofizikdən qorxulu proqnoz: “Dünyanın sonuna heç 1000 il qalmadı”

Aktual

9 Yanvar 2012, 16:09

Məşhur ingilis astrofiziki Stefan Havkinq insanlığın gələcəyinin planetlər arası səyahətin mümkün hala gəlməsinə bağlı olduğunu söyləyib.

Sağlıq durumu ilə bağlı Kembric Universitetində təşkil edilən ''Kainatın vəziyyəti'' adlı konfransa internet vasitəsilə qatılan Stefan Havkinq

planetlər arası səyahətin mütləq reallaşdırılmasının insanlıq üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, deyib ki, yaşadığı planetin xaricinə yayıla bilməməsi vəziyyətində insan oğlunu çətin bir gələcək gğzləyir.

''Aşağıya ayaqlarınıza deyil, səmaya baxmağı ağılınızda saxlayın. Gördüyünüzün mənasını qavramağa çalışın” deyən astrofizik ''yaşadığımız bu narın planetin kənarına getməyi bacara bilməməmiz halında daha 1000 il həyatda qalacağımızı sanmıram'' söyləməklə insanları qorxuya salıb.

21 yaşındaykən müalicəsi olmayan "Amyotrofik lateral skleroz" adlı sinir xəstəliyinə tutulan və təkərli arabaya məhkum olan Havkinqin bir neçə il içində öləcəyi təxmin edilmişdi. Bu xəstəliklə təxminən 50 ildir mübarizə aparan riyaziyyat və fizika professoru Stefan Havkinq "Zamanın Qısa Tarixi" adlı əhəmiyyətli əsərə imza atıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı