Eks-prezident gürcü xalqının “yox olma mərhələsinə” qədəm qoyduğunu bəyan edib
Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze hazırki dövlət başçısı Mixail Saakaşvilini gürcü xalqının demoqrafik problemlərinə biganə yanaşmaqda ittiham edib. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, Şevardnadze “gürcü xalqının yox olma mərhələsinə” qədəm qoyduğunu bəyan edib. O bildirib ki, hakimiyyət çoxuşaqlı ailələri stimullaşdırmaq üçün heç bir addım atmır.
Şevardnadze ötən əsrin 30-cu illərini xatırladaqar vəziyyətin oxşar olduğunu deyib. “O zaman Gürcüstanda gürcülər azərbaycanlılardan və ermənilərdən az idilər. O zaman birinci katib olan Çarkiviani demoqrafik vəziyyətin dəyişdirilməsi üçün xeyli iş görə bildi. Ona görə də o millətçilikdə ittiham olunaraq vəzifədən götürüldü. İndiki hakimiyyət problemi anlamadığı üçün milləti bu vəziyyətə gətirib çıxarıb”-deyə Şevardnadze vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət “gürcüsüz Gürcüstan” siyasəti aparır.
Eks-prezident qeyd edib ki, “Gürcüstanın qonşuları artırlar və öz sərhədlərinə sığmadığına gördükdə Gürcüstanın ərazilərini işğal etməyə başlayırlar”.
Şevardnadze çıxış yolunun milyarder Bidzni İvanişvilinin hakimiyyətə gəlməsində görüb. “O qanına və canına kimi gürcüdür və öz xalqı üçün çalışacaq”-deyə Şverdnadze vurğulayıb.
Xaqani SƏFƏROĞLU