Modern.az

8 saylı Cəzaçəkmə Müəssisəsində yoxlama...

8 saylı Cəzaçəkmə Müəssisəsində yoxlama...

Aktual

10 Yanvar 2012, 17:11

Ədliyyə Nazirliyi yanında penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən və məhkumların islah olunmasında iştirak edən İctimai Komitə növbəti monitorinqini 7 yanvar 2012-ci il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən 8 saylı Cəzaçəkmə Müəssisəsində keçirib. Monitorinqdə Komitə üzvləri Şahin Camalov, Nazir Quliyev və ekspert qismində “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin icraçı direktoru Elçin Salmanov iştirak ediblər.

Monitorinq çərçivəsində müəssisənin bütün bölmələrinə - yataqxanalar, cərimə təcridxanaları, yeməkxana, görüş otaqları, tibb məntəqəsi və sair obyektlərə baxış keçirilmiş, məhkumların qanunvericilkdə təsbit edilmiş  ictimai faydalı əməklə məşğul olmaq, psixoloji yardım almaq, idmanla məşğul olmaq, təhsil almaq və peşə hazırlığı keçmək və sair kimi hüquqlarının təmin olunması vəziyyəti yoxlanılıb. Bu barədə Modern.az-a İctimai Komitədən məlumat verilib.

Başçəkmə zamanı sıxlıq müşahidə edilməyib, müəssisədə psixoloqun işləməsi, son dövrdə döşəmələrin, xüsusən də cərimə təcidxanaları döşəmələrinin taxta döşəmə ilə təmin edilməsi müsbət hal kimi qeyd edilib, məhkumların idmanla məşğul olmaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində tövsiyyələr verilib.

Başçəkmə zamanı məhkumların saxlanma şəraitinin və onların hüquqlarının təminatı durumunun yoxlanılması ilə yanaşı  milli qanunvericilikdə təsbit edilmiş məhkum hüquq və vəzifələri barədə də geniş informasiya verilib. Bundan başqa 14 məhkumla fərdi görüşlər keçirilib, hüquqi yardım göstərilib.

Monitorinqin nəticələrinə dair rəy tərtib edilərək Ədliyyə Nazirliyinə göndərilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı