Rusiya NATO-nun Suriyaya hərbi müdaxilə edəcəyini iddia edib.
Modern.az saytı Türkiyə mediasına istinadən bildirir ki, Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev NATO üzvləri və bəzi Körfəz ölkələrinin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığına dair məlumat aldıqlarını bildirib.
Patruşev hərbi müdaxilədə əsas rolu Türkiyənin oynaya biləcəyini iddia edib.
Türkiyə Xarici İşlər Nazirliyi sözçüsü Səlcuq Ünal isə bu gün keçirdiyi mətbuat konfransında ssenarilər üzərindən və ya tam mətnini görmədiyi açıqlamalarla bağlı şərh vermək istəmədiyini deyib.
Türkiyənin Suriya ilə bağlı mövqeyinin məlum olduğunu deyən Ünal bir çox dairələrdə çox sayda ssenarilər istehsal edildiyini bildirib: "Bizim siyasətiçiz çox açıqdır. Burada axan qanın dərhal dayanmasını istəyirik. Suriya iqtidarının Suriya xalqının dəstəklədiyimiz legitim tələblərinə dərhal cavab verməsini gözləyirik. Bunun xaricində bu mərhələdə gündəliyə gətirilən iddialar spekulyasiyalardan ibarətdir. Ancaq Suriyadakı hər cür gəlişməyə qarşı hər zaman hazırlıqlı olduğumuzu da əvvəlcədən ictimaiyyətə açıqlamışıq".
Modern.az