Modern.az

Azərbaycanda bankları aldadan dəstə ifşa edilib

Azərbaycanda bankları aldadan dəstə ifşa edilib

Aktual

13 Yanvar 2012, 12:39

Modern.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Azərbaycanda banklardan saxta sənədlərlə kredit götürən dəstənun ifşa edildiyi barədə məlumat yayıb.

Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  əməkdaşları tərəfindən şəhər sakinləri Gülarə Bədirova, Xuraman Xudiyeva, Səyavuş Məmmədov, Ceyran Süleymanova, Xırdalan şəhər sakini Aybəniz Behbudova və qeyrilərin cinayət əlaqəsinə girərək ARDNŞ-nin "Azərneftyağ"  NEZ-in, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-nin, Qaraçuxur İriləşdirilmiş Neft Mədəni İdarəsinin, "Azərbaycan Hava Yolları" QSC-nin Heydər Əliyev Beynəlxalq Aeroportunun, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazasının, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma İdarəsinin, Müdafiə Sənayesi Nazirliyinin "Elektron Hesablayıcı Maşınlar" zavodunun və digər dövlət təşkilatlarının möhür-ştampları vurulmuş kənar şəxslərin guya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq "Əmrahbank", "Zaminbank", "VTB" və "Nikoyl" banklara təqdim etmələri və 100000 manatdan artıq kredit vəsaiti götürmələri müəyyən edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı