Modern.az

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 20-ci ildönümü münasibətilə fotosərgi

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 20-ci ildönümü münasibətilə fotosərgi

Aktual

14 Yanvar 2012, 01:18

Dünən Azərbaycanın Türkiyədəki səfirliyi və Türkiyənin Xarici İşlər Nazirliyi “Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin yaranmasının 20-ci ildönümü münasibətilə” foto sərgi təşkil edib.

Səfirlikdən Modern.az saytına verilən məlumta görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin  Xarici İşlər Nazirliyində keçirilən tədbirdə Bakının son illər sürətli inkişafını əks etdirən fotolar nümayiş etdirilib.

Türkiyənin xarici işlər nazirliyinin ikitərəfli əlaqələr departamentinin rəhbəri səfir Hayri Hayret Yalav Azərbaycanın müstəqilliyini bərpasından sonra onun inkişafından, regionda xüsusi bir nüfuz əldə etdiyindən və ölkəmizin BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsindən bəhs edilib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Türkiyə-Azərbaycan münasibətlərinin özünəməxsusluğundan, regionda iki qardaş ölkənin birgə fəaliyyətinin əhəmiyyətindən, iki ölkənin müştərək olaraq həyata keçirdiyi strateji əhəmiyyətli layihələrin önəmindən, regionda qeyri sabitlik yaratma meylində olan dövlətin mövcudluğuna baxmayaraq gələcək planların yüksək əzm və qərarlılıqla həyata keçiriləcəyindən danışıb.

Tədbirdə Türkiyənin Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, Azərbaycanın Türkiyədəki səfirliyimizin əməkdaşları, Ankarada akkreditə olunmuş xartici diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, millət vəkilləri, elm adamları, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diaspor nümayəndələri və KİV nümayəndələri iştirak ediblər.

 

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı