Modern.az

Çevik Polis Alayında Ramil Usubovun iştirakı ilə əməliyyat müşavirəsi

Çevik Polis Alayında Ramil Usubovun iştirakı ilə əməliyyat müşavirəsi

Aktual

14 Yanvar 2012, 17:31

Yanvarın 14-də Çevik Polis Alayında ötən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Moden.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əməliyyat müşavirəsində nazir R.Usubov bildirib ki, daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurub.


Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev deyib ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 777 nəfərin, o cümlədən soyğunçuluga görə 87, oğurluğa görə 248, xuliqanlığa görə 156, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 161, dələduzluğa görə 19, digər cinayətlərə görə 33, habelə axtarışda olan 125 şəxsin tutulmasında iştirak edib.

Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 17237 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunub. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olub.

Müşavirəyə yekun vuran Ramil Usubov  cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkəmizdə sabitliyin, etibarlı qorunduğunu,  belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını bildirib.

Nazir son illər Alayın professionallıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, dövlətçiliyin qorunmasında, ölkəmizdə, xüsusən paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırladıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı