Modern.az

Qənirə Paşayeva: “Kıbrıs Rauf Denktaşsız çox solğun görünəcək”

Qənirə Paşayeva: “Kıbrıs Rauf Denktaşsız çox solğun görünəcək”

Aktual

14 Yanvar 2012, 23:48

Sabah tezdən millət vəkiıli Qənirə Paşayeva Kuzey Kıbrıs Türk Cümhuriyyətinə gedir.

Modern.az saytına açıqlamasında deputat bildirib ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin əfsanəvi lideri və ilk prezidenti, Türk Dünyasının böyük oğlu, böyük şəxsiyyət və gözəl insan Rauf Denktaşla vida mərasimlərində iştirak edəcək: “Rauf bəy Türk dünyasının tarixi şəxsiyyətlərindən idi. Onun ailəsi ilə çox yaxınam. Bu böyük şəxsiyyətin ailəsinin və Kuzey Kıbrısdakı insanlarımızın bu ağır gündə acısını bir az da olsa paylaşmaq borcumuzdur”.

Q. Paşayeva deyib ki, əslində Rauf bəyin itkisi hamımızın, bütün Türk millətinin itkisi, acısıdır: “Kıbrıs onsuz çox solğun görünəcək. Bir dəfə onun haqqında kitab yazdığım dövrdə belə bir fikir işlətmişdi: "Mənim ən böyük övladım Kuzey Kıbrıs Türk Cümhuriyyətidir və o mənim üçün hər şeydən əziz və qiymətlidir. Hətta ailəm və övladlarımdan da...". Mən Rauf bəylə bağlı zaman-zaman televerilişlər hazırlamışam, məqalələr, kitab yazmışam. Onu çox yaxından tanıyırdım. Ancaq hər dəfə onunla görüşəndə o qədər yeni şeylər görürdüm ki, adam onu tanıdıqca tanımaq istəyirdi. 
Əsil Lider, əsil Qəhrəman, əsil Ziyalı idi! Təkcə Kuzey Kıbrıs Türk Cümhuriyyəti deyil, bütün Türk dünyasının unudulmaz simalarından idi”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı