Ən son innovativ texnologiyaları özündə cəmləşdirən 7 oturacaqlı bu lüks krossover – Yeni Infiniti JX, bu ilin yayında Infiniti model sırasına qoşulduqda şübhəsiz ki, bütün avtomobil dünyasını lərzəyə gətirəcəkdir.
Yeni JX luks krossover alıcılarının tələblərini maksimum qarşılayan geniş, qonaqpər və təhlükəsizliyi ilə seçilən çevik interyer təqdim edir. Üç sıra və 7 oturacaqla təchiz edilmiş Yeni Infiniti JX premium-klass seqmentinin bütün funksiyalarını, dinamikasını özündə əks etdirir.
İnfiniti brendinin Yaxın Şərq ölkələri üzrə Baş meneceri Yurgen Şmitz deyib: Yeni lüks krossover İnfiniti JX avtomobilsevərlərə füsünkar görünüş və inanılmaz idarəetmə həzzi bəxş etmək məqsədilə, bütün İnfiniti model sırası üçün zəruri olan - ruhlandıran performansın əsasını təşkil edən xüsusiyyətləri özündə cəmləşdirir.
Görünüş baxımından Infiniti JX adi avtomobillərdən fərqlənir. Bununla, ən son avtmobil texnologiyaları, özünəməxsus dizaynı və cəlbedici dinamikası ilə effektiv sedanı xatırladaraq əlverişlilik, rahatlıq və təhlükəsizliyin bütün tələblərinə cavab verir. İnfiniti JX öz sinfində, xüsusi funksional imkanları sayəsində liderdir”.
Qiyməti və texniki göstəriciləri haqqında ətraflı məlumat, rəsmi distribyutor tərəfindən 2012-ci ilin yay ayları ərəfəsində açıqlanacaqdır. Avtomobil haqqında ilk olaraq, aşağıdakıları demək olar:
Cəsarətli yenilik və lüks dizayn
İnfiniti JX və digər üç sıralı luks krossoverlər arasındakı demarkasiya xətti, yeddi sərnişinli oturacaqların bütün sərnişinlər üçün eyni dərəcədə komfortun təmin etməsi ideyası ilə başladı.
Salonun həcmi oturacaqların hərəkət etdirilməsi sayəsində genişlənir, belə ki, ikinci sıranın oturacaqlarının söykənəcəkləri hərəkətlidir, oturacaqların özlərin isə 14 sm həddində irəli və geri hərəkət etdirilə bilir, bu da, üçüncü sırada həm sərnişin, həm də yük sahəsi üçün geniş sahə yaradır.
Dünyada yeganə Backup Collision Intervention sistemi
Yeni JX, İnfiniti ənənəsini davam etdirir, belə ki, dünyada bir nömrəli texnologiyaların hazırlanmasında iştirak edərək, Backup Collision Intervention (BCI) sisteminin Ölü zonalara Nəzarət funksiyasının (BSI) tətbiq etmişdir. Bu texnologiya sayəsində, avtomobilin arxaya hərəkəti zamanı sistem fəallaşır və JX, sürücünü, ətrafda maneə olması haqqında xəbərdarlıq edir, ehtiyac olduğu təqdirdə isə, toqquşmanın qarşısını almaq üçün hətta avtomatik olaraq əyləc sistemini hərəkətə gətirərək avtomobili dayandırır.
Mükəmməl dəbdəbə və İkinci sıranın çevikliyi
Heyranedici görünüşü ilə bərabər, yeni JX, interyerdə genişlik və qonaqpərvərlik prinsipi ilə yeni standartları müəyyən edir. JX modelinin nadir çevikliyi, ikinci sıradan 6 dyum məsafədə başlayaraq, 2-ci və 3-cü sıra arasında ayaq və yük üçün geniş sahədən istifadə imkanı yaradır.
3-cü sıra isə tipik “cəza almış” skamya funksiyasını deyil, həm böyüklər, həm də uşaqlar üçün oturacaqlardan tavana qədər və diz yerləri üçün geniş sahəsi olan məkandır.
Güclü və effektiv Transmissiya
JX model 3,5 litrlik qənaətcil yanacaq (benzin) mühərriki (DOHC V6) və axıcılığı ilə, həmçinin yüksək səviyyədə operativliyi təmin etmək üçün pilləsiz transmissiya - CVT sistemi ilə təchiz olunmuşdur. “İdman” rejimi seçildiyi zaman, sürücü, CVT selektorunun dəstəyinin hərəkət etdirilməsi ilə pillələrin yerdəyişməsini təmin edə bilər.
“JX – intellektual idarəetmə sisteminə malik avtomobildir və hər bir aspektin optimallaşdırılması sayəsində İnfiniti, Luks seqmentini yeni - daha yüksək səviyyəyə qaldırmışdır. Özünəməxsus dizayn ahəngi, dinamika və yüksək səviyyəli texnologiya ilə təltifi – bir sözlə İnfiniti üslubunun xarakter meyarları, yeddi sərnişinli luks avtomobilin DNT-sinin əsasına yeridilmişdır. Tamamilə yeni seqment avtomobilini Yaxın Şərq ölkələrindəki təqdimatını səbirsizliklə gözləyirik” – Şmitz tamamladı.




