Modern.az

Azərbaycanlı deputat Şimali Kiprin parlament sədrilə görüşüb

Azərbaycanlı deputat Şimali Kiprin parlament sədrilə görüşüb

Aktual

17 Yanvar 2012, 11:34


Rauf Denktaşın dəfnində iştirak edən Azərbaycanın millət vəkili Qənirə Paşayeva Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Parlamentinin spikeri Hasan Bozerlə görüşüb. Deputat ona ŞKTC-nin qurucu lideri Rauf Denktaşın ölümü ilə bağlı  başsağlığı verib və Azərbaycan xalqının kədərinin çatdırıb. Rauf Denktaşın Türk Dünyasının hər yerində, o cümlədən Azərbaycanda da çox sevildiyini bildirən Qənirə Paşayeva deyib ki, Türk insanı harada yaşamasından asılı olmayaraq onun xidmətlərini heç zaman unutmayacaq.  Qənirə Paşayeva  həmçinin  Türkiyənin Kanal D, CNN Türk, “Kanaltürk” kanallarına və “Sabah” qəzetinə  müsahibəsində ŞKTC-nin əfsanəvi  lideri və qurucu prezidenti,  Türk Dünyasının böyük oğlu Rauf  Denktaş barədə, azərbaycanlıların ona sevgi və sayğısı haqqında və özünün onunla  bağlı xatirələrindən danışıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı