Modern.az

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulunun vaxtı açıqlandı

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulunun vaxtı açıqlandı

Aktual

19 Yanvar 2012, 16:09


2012/2013-cü tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd  qəbulunun vaxtı məlum olub. Akademiyadan Modern.az-a saytına bildirilib ki, bu təhsil ocağına abituriyentlərdən sənəd qəbuluna aprel ayından başlayacaqlar.

Qeyd edək ki, ötən il Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 200 nəfər qəbul olunub. Builki qəbul planı isə hələ dəqiqləşməyib.

Akademiyaya qəbul imtahanları I ixtisas qrupu üzrə keçirilir. Ötən il Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 315, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasına isə keçid balı 250 olub.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı