Modern.az

Bakıda fiziki qüsurlu gənclər toplandı

Bakıda fiziki qüsurlu gənclər toplandı

Aktual

19 Yanvar 2012, 17:25

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 19 Yanvar 2012-cil il tarixində “Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi” layihəsini keçirib. Artıq uzun illərdir reproduktiv sağlamlıq mövzusunda bir-çox tədbirlər həyata keçirən Milli Şura 2012–ci ildən etibarən müvafiq mövzunu daha həsas gənclər qrupları arasında keçirməyə başlayıb.

Layihədə 16-24 yaşlı, fiziki qüsurları olan 15 gənc iştirak edib. Layihənin rəhbəri, ARGTMŞ Sosial və Humanitar Məsələlər üzrə departamentinin sədri Əligül Ağayev bildirib ki, “Fiziki Qüsurlu Gənclərin Reproduktiv Sağlamlığı Təlimi”ndə ilk dəfə olaraq Avropa Gənclər Forumunun eksperimental olaraq həyata keçirməyə başladığı qeyri-formal təhsildə keyfiyyətin təmin olunması metodologiyasından istifadə olunub. Bu metod hazırda Azərbaycanda daxil olmaqla Avropanın yalnız beş ölkəsində həyata keçirilir. Layihənin yekunları haqqında hesabatlar Avropa Gənclər Forumuna Təqdim olunacaq və gələcək fəaliyyət planı müəyyənləşəcək.

Təşkilatdan modern.az saytına verilən məlumata görə, layihənin  proqramında reproduktiv sağlamlıq, İİV/AIDS, cəmiyyətə qayıdış və aktiv iştirak, stress mövzuları müzakirə olunub. Növbəti aylarda layihənin daha geniş formatda keçirilməsi nəzərdə tutulub.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı