Modern.az

Türk Dünyası gəncləri İstanbulda bir araya gəldi

Türk Dünyası gəncləri İstanbulda bir araya gəldi

Aktual

17 Dekabr 2012, 23:41

İstanbulda XV Türk Dünyası Gənclik Günləri və Qurultayının təntənəli açılış törəni keçirilib. Modern.az-ın məlumatına görə, dünya Gənc türk yazarlar Birliyi başqan müavini Bəstə Sakallının (QKTC) aparıclıq etdiyi açılışda DTGB başqanı, Azərbaycan parlamentinin keçmiş üzvü Əkrəm Abdullayev açılış nitqi ilə çıxış etdikdən sonra Türk Konseyinin (TürkGənəş) Baş katibi böyükelçi Xəlil Akıncı, Azərbaycan Gənclər-İdman Nazirinin müavini İntiqam Babayev, İraq Gənclər-İdman Nazirinin nümayəndəsi, İraq parlamentinin keçmiş üzvü Fövzi Əkrəm Tərzioğlu, Bolqarıstan parlamentinin keçmiş üzvü Güner Tahir, BMT-nin Azərbaycandakı keçmiş təmsilçisi, böyükelçi Fikrət Akçura, İstanbul valisinin müavini Harun Kaya və başqaları çıxış edərək, Türk Dünyasının dünəni, bugünü və gələcəyi ilə, gəncliyin qarşısında duran görəvlərlə bağlı düşüncə və fikirlərini bildirdilər.

Rəsmi bölümün ardınca Türk Dünyası ayrı-ayrı bölgələrini təmsil edən sənətçilər tərəfindən musiqi güldəstəsi təqdim olundu.

Günün ikinci yarısında heyət başqanlarının çıxışları dinlənilib.

Qeyd edək ki, XV Türk Dünyası Gənclik Günləri və Qurultayı Azərbaycan Gənclər-İdman Nazirliyinin və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı