Modern.az

Prezident İlham Əliyev Sumqayıta gedib

Prezident İlham Əliyev Sumqayıta gedib

Aktual

24 Dekabr 2012, 11:13

Bu gün 51 yaşını qeyd edən prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıt şəhərinə səfər ediblər. Modern.az saytının əməkdaşı Sumqayıtdan xəbər verir ki, ölkə başçısı əvvəlcə şəhərdəki Heydər Əliyev abidəsini ziyarət edib. Daha sonra İlham Əliyev Sumqayıt şəhərində əlillər və şəhid ailələri üçün inşa olunmuş  96 mənzilli yaşayış binasının açılış mərasimində iştirak edib.
Prezidentin Sumqayıtda daha bir neçə tədbirə qatılacağı gözlənilir.

Yeri gəlmişkən, prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə 51 metr uzunluğunda tort hazırlanıb. Tort bu gün şəhərin Bayraq meydanında kəsiləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı