Modern.az

Maliyyə Nazirliyindən yeni internet saytı

Maliyyə Nazirliyindən yeni internet saytı

Aktual

24 Dekabr 2012, 14:44

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzininrəsmi internet səhifəsi istifadəyə verilib. Nazirlik yanında Maliyyə Elm-Tədris Mərkəzinin rəsmi internet səhifəsi www.tedris-maliyye.gov.azistifadəyə verilib. Saytda Mərkəzin əsas vəzifələri- maliyyə işçilərinin peşə hazırlığınının təkmilləşdirilməsi, yenidən hazırlanması, əlavə təhsilin təşkili, o cümlədən maliyyə və mühasibat işçilərinin Büdcə Təşkilatları üçün Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün sertifikatlaşdırılmasının aparılması ilə bağlı ətraflı informasiylar yerləşdirilib.

Saytda həmçinin Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində  mühasiblər, eləcə də kommersiya təşkilatları, peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarlatəşkil olunan təlimlərdə iştirak etmələri üçün onlayn qeydiyyat bölməsi də fəaliyyət göstərir. Maliyyə və mühasibat işçiləri saytda qeydiyyatdan keçməklə mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanmıştəlim proqramının iştirakçısı ola bilər və beynəlxalq dərəcəli sertifikat ala bilərlər. Bundan başqa,  saytda “Tədris materialları”, “Onlayn test”, “Mühasiblərin sertifikasiyası” “Kurslar”, “Distant təhsil”, “Mətbuat” və digər bölmələr fəaliyyət göstərir.Rəsmi internet səhifəsində ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə də geniş yer verilir və METM-in cari fəaliyyəti ilə bağlıxəbərlər və press-relizlər mütəmadi olaraq təqdim olunur.  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı