Hazırda Filippində müalicə olunan “Xəzər” TV-nin aparıcısı Hacı Nuran Hüseynovun səhhətində irəliləyiş var. Modern.az-a bu barədə aparıcının özü məlumat verib. O bildirib ki, hazırda müalicələr davam edir və özünü yaxşı hiss edir.
“Xeyir körpüsü” verilişinin aparıcısı qeyd edib ki, Azərbaycana nə vaxt qayıdacağı məlum deyil. “Hələki müalicələrim davam edir. Səhhətimdə də irəliləyişlər var. Amma vətənə nə vaxt dönəcəyim məlum deyil”, – deyə Hacı Nuran əlavə edib.
Qeyd edək ki, Hacı Nuran "limfoqranulomatoz"dan, yəni limfa düyünlərinin böyüməsi xəstəliyindən əziyyət çəkir. O, əvvəl Avstriyada müalicə olunsa da, sonradan müalicəsini Filippində davam etdirib.
Xatırladaq ki, aparıcının müalicəsi ilə üçün xeyriyyə elanı yayılmışdı. Ağır xəstəlik keçirən telejurnalistin müalicəsinə böyük miqdarda vəsait tələb olunurdu.
Sevinc İltifatqızı