Dünyanın bəzi ölkələrində tariximizlə bağlı çoxlu sənədlər saxlanılır. Onların ölkəmizə gətirilməsi üçün işlər görülür. Millət vəkili, tanınmış tarixçi alim, professor Musa Qasımlı Modern.az saytına açıqlamasında bildirib ki, birinci dünya müharibəsinin son mərhələsində Böyük Britaniyanın Azərbaycan siyasətini əks etdirən 100-dən çox ingilis arxiv sənədini əldə edib.
Tarixçi alim bildirib ki, həmin sənədlərdən istifadəni yekunlaşdırıb və onları artıq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyasi Sənədlər Arxivinə verib.
Modern.az