Modern.az-ın “Ad günü” adlı rubrikasının budəfəki qonağı “Azdrama”nın keçmiş direktoru, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü Maqbet Bünyatovdur. Onun 75 yaşı tamam olur. Əməkdar mədəniyyət xadimini ad günü münasibətilə rejissor, əməkdar incəsənət xadimi, Ramiz Fətəliyev təbrik edib. Onun M. Bünyatovla bağlı fikirlərini çatdırırıq:
“İndi yol üstəyəm deyə, rahat danışa bilmirəm. Hesab edirəm ki, bizim teatrın inkişafında onun böyük rolu var. Mən çox heyfslənirəm ki, Maqbed müəllim kimi müdirlər, təşkilatçılar azdır. Belə müdirlər çox olsa idi, işimiz daha yaxşı olardı.
Onu təbrik edirəm cansağlığı, uzun ömür arzu edirəm!”
Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova