Qazaxıstanda Sərhəd Xidmətinə məxsus “An-72” tipli hərbi təyyarə qəzaya uğrayıb. Modern.az APA-ya istinadən xəbər verir ki, təyyarədə 7 ekipaj üzvü və 20 hərbçi olub. Onların hamısı ölüb. Həlak olanlar arasında Qazaxıstan Sərhəd Xidmətinin rəisi, polkovnik Turqanbek Stambekov da var.
Təyyarə Astana-Şımkent marşrutu üzrə reys yerinə yetirərkən qəzaya uğrayıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Hadisə yerində xilasetmə işləri və araşdırma aparılır.
Modern.az