Modern.az

Əşrəf Mehdiyevin nəvəsi Modern.az-a məktub yazdı

Əşrəf Mehdiyevin nəvəsi Modern.az-a məktub yazdı

Aktual

26 Dekabr 2012, 10:52

Babam  istəyirdi ki, mən də Ramil Səfərov kimi qəhrəman olum

Modern.az saytı dekabrın 24-də Qeyrət Partiyasının mərhum sədri Əşrəf Mehdiyev haqda yazı dərc edib. Əşrəf Mehdiyevin oğlu Azər Mehdizadə ilə söhbət əsasında hazırlanmış məqalə maraqla qarşılanıb. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar müəllifi və redaksiyanı arayaraq, Əşrəf Mehdiyevi xatırladıqları üçün öz minnətdarlıqlarını bildiriblər.

Əşrəf Mehdiyevin nəvəsi Bəxtiyar Mehdizadə isə redaksiyamıza məktub göndərib. Babası haqqında dərc olunan yazıya görə təşəkkür edən Bəxtiyar daha sonra yazır:

“Mənim 12 yaşım var. Uşaqlıq illərim babamın yanında keçib. Mənim tərbiyəmlə şəxsən babam özü məşğul olub. Əşrəf baba mənim vətənpərvər ruhda böyüməmi istəyirdi. O istəyirdi ki, mən də Ramil Səfərov kimi qəhrəman olum. Babam dünyasını dəyişəndə ona söz verdim ki, böyüyəndə silaha sarılıb, doğma Cəbrayılımızı, Qarabağımızı erməni işğalından azad etmək üçün vuruşacam. Əgər mən böyüyənə kimi torpaqlarımız işğaldan azad olunmasa, babama verdiyim sözü yerinə yetirib, ermənilərlə döyüşə gedəcəm. Qoy babamın ruhu dinclik tapsın, əminəm ki, torpaqlarımız bir gün mütləq azad olunacaq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı