Modern.az

"Ağla mənim üçün bu şəhər və sən"

"Ağla mənim üçün bu şəhər və sən"

Aktual

26 Dekabr 2012, 16:52

Azərbaycanın böyük bəstəkarı Oqtay Kazıminin ailə üzvlərinin təşəbbüsü, millət vəkili Qənirə Paşayevanın və Respublikanın əməkdar artisti Aybəniz Haşımovanın ideya müəllifi  olduğu  Oqtay  Kazıminin  80  iilik  yubileyi  günü ilə bağlı onun musiqiləri əsasında hazırlanmış ''Ağla mənim üçün bu şəhər və Sən'' adlı layihənin təqdimatı keçirilib. Modern.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən gecədə ölkəmizin tanınmış ziyalıları, ictimayyət nümayəndələri,  sənət adamları, Oqtay Kazıminin ailə üzvləri və yaxınları, KİV-nin münayəndələri iştirak edib. Qeyd edək ki,  ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkar Oqtay Kazıminin indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazıb.  Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjımanda təqdim olunub, həmin musiqilərə, mahnılara da  sözlər ailə üzvlərinin təşəbbüsü ilə Qənirə Paşayeva tərəfindən yazılıb. 7 mahnı, 1 duet  şəklində təqdim olunacaq  musiqiləri  Oqtay  Kazımiyə sözləri Qənirə Paşayevaya aid olan layihənin təqdimat  mərasiminə, gecə və konsertə aparıcılığı layihənin musiqi rəhbəri, Azərbaycanın Əməkdar atristi  Aybəniz Haşımova edib.  “Oqtay Kazımi  mənə sənətdə də,  həyatda da atalıq edib”, -  deyən  Aybəniz Haşımova  onun həm böyük bir bəstəkar kimi yaradıcılığı barədə geniş  məlumat  verməklə bərabər  onun  gözəl bir insan kimi keyfiyyətlərindən də danışıb və xatirələrini  bölüşüb.  Layihə  haqqında  danışan  millət vəkili  Qənirə Paşayeva isə çıxışında bildirib ki, o, dünya səviyyəli böyük bəstəkar Oqtay Kazımini yaxından tanımaq şərəfində nail olduğu üçün özünü xoşbəxt hiss edir:

“Oqtay müəllim bəstəkar  kimi  böyük bəstəkar olmaqla yanaşı insan kimi də böyük insan idi. Saf, səmimi, dürüst, mehriban, insanı anlayan Oqtay müəllimin musiqilərinə söz yazmaq mənim üçün böyük şərəf olmaqla bərabər böyük bir məsuliyyət idi.  Çünki bu musiqilər hazır  musiqilər  idi  və onları dahi  Oqtay Kazımi yazmışdı”, -  deyən millət vəkili  Qənirə Paşayeva bəstəkarın ailə üzvlərinə ona belə bir etimad göstərdikləri üçün təşəkkür etməklə bərabər layihənin musiqi rəhbəri, dostu  Aybəniz Haşımovaya da  bu  layihənin reallaşmasındakı böyük əməyinə görə təşəkkür edib. “Nə qədər Azərbaycan və mədəniyyətimiz, musiqimiz  var Oqtay Kazımi də olacaq”, - deyən millət vəkili Qənirə Paşayeva layihənin yaxın günlərdə albom şəklində buraxılacağını və dinləyicilərin ixtiyarına veriləcəyini  də deyib. 

Tədbirdə çıxış edən  Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov  Oqtay  Kazıminin  böyük  bəstəkar  kimi musiqi mədəniyyətimizə verdiyi  böyük  töhfələrdən  danışıb  və  belə bir maraqlı layihəni həyata keçirən insanlara təşəkkür edib. Oqtay Kazıminin dostu və qonşusu bəstəkar Tahir Əkbər, tələbəsi, Azərbaycanın Xalq Artisti Canəli Əkbərov, onunla uzun illər birgə teatr tamaşalarında işləyən rejissor  Cənnət Səlimova,  şair-publisist  Abdulla  Qurbanı, gözəl şairimiz və Oqtay Kazımi ilə uzun illər həm yaradıcılıq əməkdaşlığı həm də dostluq edən cabir Novruzun övladı Müşfiq bəy çıxış edərək  Oqtay Kazımi yaradıcılığının  böyüklüyü ilə bərabər onun insan kimi də böyüklüyündən danışıb, xatirələrini bölüşüb və belə bir layihəni  həyata  keçirdikləri  üçün  təşkilatçılara  təşəkkürlərini  bildiriblər.  Ailə adından Oqtay Kazıminin  nəvəsi Çinarə Kazımi çıxış edərək babası haqqında işıqlı  xatirələrindən danışıb və ailə adından  layihəni  həyata  keçirənlərə təşəkkürlərini çatdırıb.  Azərbaycanın Əməkdar Artistləri Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan  Quliyeva tərəfindən layihədəki əsərlər ifa olunub.  Dan Ulduzu ansamblı və gözəl pianist Naibə xanımın ifasında əsərlər hər kəsin alqışları ilə qarşılanıb. 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı