Modern.az

Kiprdə oxuyan azərbaycanlı tələbələr bayram keçirib - FOTOLAR

Kiprdə oxuyan azərbaycanlı tələbələr bayram keçirib - FOTOLAR

Aktual

26 Dekabr 2012, 18:21

Şimali Kiprdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibətilə Yakın Doğu Universitetində “Azərbaycanlı Tələbələr Birliyi”nin təşkilatçılığı ilə bayram konserti keçirilib.  Modern.az xəbər verir ki, açılışı rektor yardımçısı Prof.Dr Fəxdəddin Sadıqoğlu edib. Rektor yardımçısı  bildirib ki, eyni gündə Lüksemburq və Hollandiyada da bu şənlik qeyd edilib.

“15 ildir ki, ənənəvi olaraq belə tədbirləri qeyd edirik, tələbələrin ildən ilə səhvlərindən nəticə çıxararaq təcrübə qazanmaları buna təsir göstərib. 22 dekabr tarixində də universitetimizdə bu günlə bağlı Owlright  intellektual klubu turnir keçirib.”

Professor Şimali Kiprdə təhsil alan və yaşayan azərbaycanlılarla yanaşı bütün iştirakçılara tədbirə qatılmalarından dolayı təşəkkürünü bildirib. Açılış nitqinin ardından konsertdə iştirak edən digər qonaqlar da tələbələri təbrik ediblər. Türk dili və ədəbiyyat bölümü rektoru Prof.Dr. Həbib Dərzinəvəsi çıxışında bütöv və Cənubi Azərbaycan tarixi haqqda qısa məlumat verib.  Smolnı univesitetinin prezidenti Heydər İmanov qısa çıxışı ilə Sankt-peterburqda Azərbaycan diasporasının rəhəbri olaraq orada məskunlaşan azərbaycanlılar adından tədbir iştirakçılarını təbrik edib. Həmçinin Azərbaycanda kirill əlifbasından latın əlifbasına keçən dövrdəki proseslərdə iştirak edən yardımçı dosent Ərdoğan Saracoğlu Azərbaycan dilində şeir səsləndirib.

Bundan sonra Azərbaycanın tanıtım videosu və tələbələrin təqdimatıyla Azərbaycan milli rəqsləri olan Uzundərə və Şalaxo nümayiş olunub. Eyni zamanda Azərbaycandan qonaq gəlmiş xalq artistləri Mələkxanım Əyyubova, Fəxrəddin Dadaşov və Möhlət Müslümov muğam ifaları ilə tələbələri təbrik ediblər. Konsertin sonunda KKTC Azərbaycan Kültür Mərkəzinin prezidenti Fəxrəddin Sadıqoğlu xalq artistlərinə, və əməyi keçən tələbələrə təşəkkürnamə təqdim edib və qapanış nitqini söyləyib.

Toğrul Salehli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı