Modern.az

Milli təhlükəsizlik orqanlarına dair dövlət proqramı təsdiq edildi

Milli təhlükəsizlik orqanlarına dair dövlət proqramı təsdiq edildi

Aktual

26 Dekabr 2012, 21:50

Prezidenti İlham Əliyev  “2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,  ölkı başçısının sərəncamında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, habelə terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və milli maraqların digər təhdidlərdən qorunması sahəsində təhlükəsizlik orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək, maddi-texniki bazasını və əməkdaşlarının sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2013-2016-cı illərdə Azərbaycan Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” təsdiq edilməsi qərara alınıb.

Qeyd olunub ki, bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramı hər il üçün təsdiq olunan Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə nəzərdə tutulmuş vəsaitlər dairəsində həyata keçirilsin.

 Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı