Modern.az

Tacikistanın Azərbaycandakı səfirinin işini həyata keçirən yoxdur

Tacikistanın Azərbaycandakı səfirinin işini həyata keçirən yoxdur

Aktual

27 Dekabr 2012, 09:59

Tacikistanın Azərbaycandakı səfirliyinin səfir postu uzun müddətdir ki, boşdur. Bu barədə Modern.az-a səfirliyin mətbuat xidmətindən məlumat verilib: “Sabiq səfir vəfat edəndən sonra, səfirin səlahiyyətləri müvəqqəti olaraq səfirliyin müşaviri Zoxir Saidova həvalə olunub. Amma o da hazırda tətildə olduğundan səfir səlahiyyətlərini yerinə yetirən yoxdur. Yeni səfirin nə vaxt təyin olunacağı barəsində də heç bir informasiya verilməyib. Biz də gözləyirik”.

Xatırladaq ki, Z.Vazirov uzun sürən xəstəlikdən sonra bu ilin sentyabr ayında 64 yaşında vəfat edib. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı