Ötən gün Azərbaycanda qidadan, kimyəvi məhluldan və dəm qazından zəhərlənmə ilə bağlı xeyli sayda insan xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 26-da Cəlilabad rayon sakini Təyyar Əliyev, Abşeron rayon sakini Tünzalə Cəfərova və Ağdam rayon sakinləri İlkanə Qasımova, bacısı Türkanə, qardaşı Ruslan, qohumları Ramin Quliyev və onun qardaşı Niyaz evlərindən qidadan, kimyəvi məhluldan və dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Modern.az