Modern.az

İstanbuldakı baş konsul: "Sevinc Babayevanın ölməsi barədə məlumat daxil olmayıb"

İstanbuldakı baş konsul: "Sevinc Babayevanın ölməsi barədə məlumat daxil olmayıb"

Aktual

28 Dekabr 2012, 10:30

Baş Prokurorluq fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə eks-deputat Gülər Əhmədova arasındakı “mandat bazarlığı”nın vasitəçisi Sevinc Babayevanın ölümü barədə rəsmi məlumat açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına bildirib ki,  Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat ediyi barədə xəbər verib.

Amma Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov “BBC Azərbaycanca”ya bu barədə məlumatı olmadığını deyib.

"İstanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb",-deyə H.Zeynalov deyib.

Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. "Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz", -deyə konsul Zeynalov “BBC Azərbaycanca”ya deyib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “BBC Azərbaycanca”ya deyib ki, "yeganə mənbə Sevinc Babayevanın oğludur. Hazırda bunu deməklə kifayətlənirik".

“Azadlıq” qəzetinin müxbirləri həmçinin Sevinc Babayevanın oğluna məxsus olduğu deyilən telefon nömrəsinə zəng edib. Zəngə cavab verən şəxs Sevinc Babayevanın oğlu olduğunu təsdiqləyib və "Bəli, doğrudur, anam bu gün vəfat edib" - deyə cavab verib, lakin digər suallara cavab vermədən telefonu qapadıb, qəzetin internet səhifəsində deyilir.

Elşad Abdullayevin son videolarından birində rektorla keçmiş millət vəkili Gülər Əhmədova arasında vasitəçi olduğu iddia edilən Sevinc Babayevanın söhbəti əks olunub.

Azərbaycanın üzv olduğu Interpol beynəlxalq polis təşkilatının internet səhifəsində Sevinc Babayevanın axtarışda olması barədə səhifə var. "Fırıldaqçılıq"da ittihamlanan Babayeva haqqında məlumatı olanların yerli polis əməkdaşlarına müraciət etmələri istənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı