Modern.az

Gülər Əhmədovanın əri Modern.az-a danışdı

Gülər Əhmədovanın əri Modern.az-a danışdı

Aktual

28 Dekabr 2012, 11:19

Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovdan ayrıldığı barədə söz-söhbətlər yayılıb.
Əməkdaşımız F.Əhmədovla əlaqə saxlayaraq onların ayrılması barədə yayılan söz-söhbətlərə aydınlıq gətirməyə çalışıb.
Modern.az saytına açıqlamasında Fikrət Əhmədov bu barədə sualdan hiddətlənərək deyilənlərin şayiə olduğunu vurğulayıb.

“Biz 27 ildir ki, ailəliyik, nə boşanma, nə ayrılma..? Bizim böyük oğlumuzun 26 yaşı var. Bunlar nə uydurmalardır belə, yayırlar?”-deyə F.Əhmədov kəskin reaksiya nümayiş etdirib.

Qeyd edək ki, F.Əhmədov 1995-ci ildən 2012-ci ilin son aylarınadək AzTV telekanalında reklam şöbəsinin müdiri vəzifəsində çalışıb. Səhhətindəki problemlə əlaqədar öz istəyi ilə işdən çıxıb.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı