Modern.az

Şamaxı İcra Hakimiyyəti şikayətlərlə bağlı açıqlama verdi

Şamaxı İcra Hakimiyyəti şikayətlərlə bağlı açıqlama verdi

Aktual

28 Dekabr 2012, 12:23

Bir müddət bundan öncə mətbuatda Şamaxının icra başçısından rayon sakinlərinin şikayəti olduğu yazılıb. “Bir neçə gün öncə bir qrup Şamaxı sakini rayonun icra başçısı Asəf Məmmədovdan prezident İlham Əliyev və baş prokuror Zakir Qaralova şikayət məktubu ünvanlayıblar. Məktubda qeyd edilir ki, Şamaxı şəhər 85 saylı seçki komissiyasının sədri təyin olunan Rəcəbov Hüseyn Abdulla oğlu (əslən Qobustan rayonundandır) ilə bağlı narazılıqlar durmadan artmaqdadır. Onun Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovla yaxın qohumluq əlaqələrinin olduğu deyilir. Rayonda 25-dən çox şəxsin vəzifəyə təyin olunmasında bu şəbəkənin rolu var. Bu yolla 100 min manatdan çox pul məhz Hüseyn Rəcəbovun əli ilə icra başçısına ötürülüb”.

Yazıda o da vurğulanır ki, Şamaxı rayonunun Göylər kəndinin icra nümayəndəsi İxtiyar Xəlilovun fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən yoxlanılıb və 18 min manat mənimsəmə faktı aşkarlanıb: “Maliyyə Nazirliyi rayon icra hakimiyyətinin başçısı Asif Məmmədova bu barədə təqdimat göndərərək, İxtiyar Xəlilovun vəzifəsindən azad edilməsini istəsə də, bu baş vermədi”.

Şikayət məktubunda bildirilir ki, icra başçısı Asif Məmmədov Şamaxıda vaxtının çox az hissəsini keçirir ki, bu da narazılıq yaradır: “Belə ki, o, ayın 10-12 gününü Şamaxıda olur. Hazırda Türkiyədədir”.

Modern.az-ın məlumatına görə, şikayət məktubuna cavab olaraq Şamaxı rayon icra başçısının birinci müavini Qasım Qasımov bildirib ki, yazıda qeyd olunanlar həqiqəti əks etdirmir: “Hüseyn Rəcəbov 85 saylı ərazi seçki komissiyasının sədridir. Bu adamın icra başçısı Asəf Məmmədovla heç bir qohumluq əlaqəsi yoxdur. Həqiqətə uyğun olmayan informasiyalardır”.                                          

Müavin Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilov barədə yazılanlara da aydınlıq gətirib: “Şamaxı şəhər Göylər kənd icra nümayəndəsi ilə də bağlı neqativ faktların olduğu qeyd olunub. Həmin nümayəndənin fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparılıb. Bu məsələ həm də İcra Hakimiyyətində müzakirə edilib, İxtiyar Xəlilova konkret vaxt verilib”.

Bundan başqa Q. Qasımov icra başçısının rayonda olmaması haqqında deyilənlərin yalan olduğunu deyib. “İcra başçısı hər gün iş başındadır. Bu gün özünüzdə bunun şahidi oldunuz”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı