Modern.az

İlqar Məmmədov: “Zoopark söhbəti bağlandı”

İlqar Məmmədov: “Zoopark söhbəti bağlandı”

Aktual

28 Dekabr 2012, 12:13

“Millət vəkilləri danışdılar-danışdılar, axırda susdular”. Bunu Modern.az-a açıqlamasında REAL Hərəkatının sədri İlqar Məmmədov deyib. Bir müddət əvvəl Milli Məclisi “zooparka” bənzədən politoloq, REAL Hərəkatının sədri İlqar Məmmədov parlamentin bir qrup deputatının onu məhkəməyə verəcəyinə dair hədələrindən heç bir xəbər yoxdur.

“Ümumiyyətlə heç bir şeydən xəbərim yoxdur. Elə danışdılar-danışdılar, axırda da söhbət bağlandı. Heç bilmirəm məhkəməyə ərizə vermişdilər ya yox”.

Qeyd edək ki, İlqar Məmmədov öz bloqunda parlamenti təhqir edən status yazaraq Azərbaycan parlamentini fırıldaq adamların toplaşdığı bir zoopark adlandırıb. Bu təhqirin nəticəsi olaraq Milli Məclisin 24 deputatı İlqar Məmmədovu məhkəməyə verəcəklərini deyirdilər.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı