Şamaxı rayonunda “Şamaxı qırmızı terrorun hədəfində” (1930-40-cı illər represiyaları” adlı kitabın təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə rayonun icra başçısı, Şamaxının millət vəkili Elxan Süleymanov, kitabın həmmüəllifləri və rayon ictimaiyyətinin bir sıra nümayəndələri iştirak ediblər. Çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov belə addımları hər zaman dəstəklədiyini deyib. İcra başçısı bildirib ki, Şamaxının tarixi haqqında atılan hər bir addımı yüksək qiymətləndirir.
Kitabın müəllifi Məhərrəm Zülfüqarlı sözügedən nəşrin ərsəyə gəlməsində göstərdiyi köməyə görə, millət vəkili Elxan Süleymanova öz təşəkkürünü bildirib. Müəllif bu kitabın çox böyük əhəmiyyəti olduğunu deyib.
Siyasi elmlər doktoru Ramiz Sevdimallyev kitab ərsəyə gətirənlərə minnətdarlığını bildirib. R.Sevdimalıyev qeyd edib ki, tariximizdə baş verən hadisələri yenidən bərpa etməliyik.
"Təqdimatına yığışdığımız kitabda ən azı 2 həqiqət öz əksini tapıbsa, bu böyük bir damladır. Kitabda ermənilərin törətdiyi qeyri-insani faktlar çoxdur. Başımıza gələn hadisələr həm türk, həmdə müsəlman olmağımızdandır”.
Millət vəkili Elxan Süleymanov kitabın əhəmiyyətindən danışıb. O, kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə, Milli Təhlükəszilik Nazirliyinə (MTN) öz təşəkkürünü bildirib.
“Bizə icazə verdi ki, bu sənədləri vərəqlədik və bu kitab ərsəyə gəldi. Bu kitabda o zaman insanların başına gətirilən faciələr öz əksini tapıb. Gənclərimiz bu kitabı oxumalı və onun tarixi haqqında mılumatlı olmalıdır. Şamaxının tarixini bilmək hər birimizə lazımdır. Biz hər zaman başımıza gətirilən müsibətlərdə Qarbaçovu və sovet dövrünü günahlandırırıq. Amma onuda bilmək lazımdır ki, sovet dövründə baş verən terrorların əsas rəhbərləri ermənilər olub”.
Digər çıxış edənlərdə Şamaxılıların həmin dövrdə başına gətirilən müsibətlərdən danışıblar. Qeyd edək ki, “Şamaxı Qırmızı terrorun hədəfində” (1930-40-cı illər represiyaları” adlı kitab Azərbaycan və ingilis dilindədir.
Anar Kəlbiyev