Modern.az

Cəmil Çiçək yeni il mesajında Qarabağ haqda danışdı

Cəmil Çiçək yeni il mesajında Qarabağ haqda danışdı

Aktual

28 Dekabr 2012, 17:42

“2012-ci ilin yaddaşlarda qalan ən kədərli məqamı terror aktlarının davam etməsidir. Türkiyə uzun müddətdir bu əsrin bəlası ilə mübarizə aparır, bundan çox insan həyatını itirib. Kipr məsələsinin həll edilməməsi, Azərbaycan torpaqlarının haqsız olaraq Ermənistan tərəfindən işğalı kimi bir çox məsələ bizi kədərləndirən başlıca amillərdir”.

Modern.az “TRT Avaz” a istinadən bildirir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək yayımladığı yeni il mesajında deyib.

O, qeyd edib ki, etnik, dini təməlli torpaq mübahisələri və başqa mövzudan olan müharibələr hələ də davam edir. Bu müharibələrin əksəriyyətinin islam ölkələrində olması da narahatedici faktdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı