Modern.az

Səlim Müslümov pensiyalarla bağlı danışdı

Səlim Müslümov pensiyalarla bağlı danışdı

Aktual

29 Dekabr 2012, 13:12

2012-ci il üçün pensiyaların maliyyələşdirilməsi yekunlaşdırılıb. Modern.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. S.Müslümov bildirib ki, dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi dekabrın 28-də başa çatdırılıb. Artıq bayrama qədər bütün pensiyaçılar öz pensiyalarını ala bilərlər: “İl ərzində əmək pensiyalarının maliyyələşdilrilməsi vaxtında həyata keçirilmiş, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunmuşdur”.

DSMF sədri il ərzində görülən işlər barədə də məlumat verib. S.Müslümov vurğulayıb ki, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, davamlı pensiya islahatları siyasəti uğurla gercəkləşdirilib. Cari ilin arxada qalan dövrü ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən gəlirlərin icrası, maliyyə dayanıqlıgının qorunması son nəticədə pensiyaçıların sosial müdafiəsinə xidmət edib. İl ərzində Azərbaycan Respublikası Prezidentinin əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən 2 sərəncamı uğurla icra olunub. Belə ki, Prezidentin müvafiq sərəncamına əsasən, 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunub və əvvəlki illərdən fərqli olaraq bu artım daha böyük kontingenti əhatə edib. Belə ki, 2011-ci ildə həyata keçirilmiş islahat nəticəsində əvvəllər yalnız pensiyaların baza hissəsini alan və buna görə də indeksləşmədən kənarda qalan 482 min nəfərin də pensiyasının islahatdan sonra yaranmış sığorta hissəsi indeksləşdirilib. Nəticədə, pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi artırılıb.

S.Müslümov diqqətə çatdırıb ki, görülən bütün bu  tədbirlər nəticəsində 2012 - ci ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib: “ Ümumilikdə son illər həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı