Modern.az

Deputat təmsil etdiyi bölgədə bayram tədbirinə qatılıb - FOTOLAR

Deputat təmsil etdiyi bölgədə bayram tədbirinə qatılıb - FOTOLAR

Aktual

29 Dekabr 2012, 17:46

“Biz bu gün Zərdabda rayon ictimaiyyəti, ziyalılar, icra hakimiyyətinin nümayəndələri ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bağlı görüş keçirdik”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva Zərdabda keçirilən tədbirə münasibət bildirərkən deyib.

Bu ilin zərdablılar üçün uğurlu il olduğunu qeyd edən xanım deputat bunu ölkə prezidentinin Zərdaba səfəri ilə bağlı olduğunu vurğulayıb. “Səfərlə bağlı videoçarx nümayiş etdirildi və maraqla baxıldı. 2013-cü ilin seçki ili olması ilə bağlı arzularımızı da dilə gətirdik. Eyni zamanda bu il Zərdaba içməli su xəttinin çəkilişinin əhəmiyyətini anlayan sakinlər, prezidentin sosial-iqtisadi proqram siyasətini dəstəklədiklərini dedilər. Ulu Öndər Heydər Əliyevin 90 illiyinin yaxınlaşması ilə bağlı fikirlərimizi bölüşdük. Hər zaman seçkilərdə aktiv olan zərdablıların bu dəfə də öz sözlərini deyəcəklərinə, ölkədə gedən böyük quruculuq işlərini dəstəkləyəcəklərinə inamımızı ifadə etdik. Həmçinin görüşdən sonra 30-a yaxın rayon sakini qəbulumda oldu. Onların arzu və təkliflərini dinlədik. Əsas problemləri işə düzəlməklə bağlı idi. Eyni zamanda xəstəlik və müalicə, evlə bağlı müraciətləri də qəbul etdik. İmkanımız daxilində köməklik edəcəyimizi dedik. Bəzi problemlər elə yerindəcə həll olundu. Kənd icra və şəhər nümayəndələri ilə danışıb müəyyən problemlərin öhdəsindən gəldik”.

“Eyni zamanda Prezidentin rayonla bağlı verdiyi dörd sərəncam haqqında danışdım. Bunların hər biri rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlıdır. Bunların içərisində xüsusilə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin 170 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamın əhəmiyyətini qeyd etdim. Bu, Həsən bəyə əsl layiqli qiymətdir. Bununla bağlı seçicilərdən çoxsaylı məktublar alınıb. Bu ölkədə ədəbiyyata, tarixə verilən ən böyük qiyməti imzaladığı sərəncamla cənab Prezidentimiz bir daha nümayiş etdirib”.

 

 

 

Aqşin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı