Modern.az

Rusiyada təyyarə qəzası: 4 sərnişin öldü - FOTO

Rusiyada təyyarə qəzası: 4 sərnişin öldü - FOTO

Aktual

29 Dekabr 2012, 20:58

Rusiyada dəhtşəli təyyarə qəzası baş verib. Modern.az-ın “Ria Novosti”-yə istinadən verdiyi xəbərə görə, paytaxt Moskvada baş verən qəzada ilkin məlumatlara əsasən 4 sərnişin ölüb. Bildirilib ki, 12 sərnişinin olduğu Tu-204 tipli təyyarə Çexiyadan gələrkən Moskvada Vnukova hava limanında eniş edərkən qəza törədib. Eniş zolağından kənara çıxan təyyarədə yanğın olub. Xilasetmə qrupların müdaxiləsində sonra yanğının qarşısını almaq mümkün olub. Qəza nəticəsində təyyarə 3 hissəyə bölünüb.

Hələlik qəza zamanı neçə sərnişinin ölməsi və yaralanması haqda araşdırmalar aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı