Modern.az

Ərdoğan: “Prezident İlham Əliyevlə mühüm bir layihəyə imza atdıq”

Ərdoğan:  “Prezident İlham Əliyevlə mühüm bir layihəyə imza atdıq”

Aktual

29 Dekabr 2012, 22:43

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2012-ci ilin yekunları ilə bağlı xalqa müraciətində Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində görülən işlərdən geni söz açıb. Modern.az-ın AzərTA-ca istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, Trans-Anadolu təbii qaz kəməri (TANAP) layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm addım atıb.

 “Cari ilin iyun ayında biz Azərbaycan Prezidenti İlham Əliyev ilə bütün Avrasiyanı yaxından maraqlandıran və qlobal əhəmiyyətə malik olan bir layihənin imza mərasimini keçirdik. Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər”, - deyə baş nazir vurğulayıb.

Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmir yolu və “Marmaray” xəttinin regionun inkişafına təkan verəcəyini də vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı