Modern.az

Nuşirəvan Məhərrəmli: “MDB-nin vahid telekanalının yaradılması yalnız niyyətdir”

Nuşirəvan Məhərrəmli: “MDB-nin vahid telekanalının yaradılması yalnız niyyətdir”

Aktual

30 Dekabr 2012, 14:47

“MDB ölkələrinin vahid telekanalının yaradılması fikri ortaya atılan bir cəhddir. Bunun yaradılması o qədər də asan iş deyil”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O qeyd edib ki, Avropa ölkələrində Avropa Birliyi, Avropa Şurası fəaliyyət göstərir və bu proses həyata keçir. MDB məkanında isə belə təşkilatlar yoxdur. “Düzdür, xırda təşkilatlar var, amma bu ideyanın reallaşması o qədər də asan başa gələn iş deyil”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Dövlət Dumasının MDB ölkələri ilə əlaqə üzrə komitəsinin sədri Leonid Slutski MDB ölkələrinin səfirləri ilə görüşündə bildirmişdi ki, MDB-də vahid informasiya məkanının yaradılması çərçivəsində 2013-cü ilin yayında “Euronews”-un analoqu olacaq telekanal fəaliyyətə başlaya bilər.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı