Modern.az

Prezident yanında Gənclər Fondunun rəhbəri təyin edilib

Prezident yanında Gənclər Fondunun rəhbəri təyin edilib

Aktual

30 Dekabr 2012, 15:45
 Dekabrın 30-da prezident İlham Əliyev Fərhad Hacıyevin Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fond yeni tabeçiliyə verildiyinə görə Fərhad Hacıyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Bundan sonra fondun icraçı direktorunu ölkə prezidenti vəzifəyə təyin və vəzifədən azad edəcək.

Fond işçilərinin say həddini və icraçı direktorun aylıq vəzifə maaşını da prezident müəyyənləşdirəcək.

Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Müşahidə Şurasının üzvlərini də dövlət başçısı təyin edəcək.

Dekabrın 29-da prezident İlham Əliyev Gənclər Fondunun Gənclər və İdman Nazirliyinin tabeliyindən çıxarılaraq prezidentin tabeliyinə verilməsi haqda fərman imzalamışdı. Gənclər Fondu dövlət başçısının 2011-ci il dekabrın 19-da verdiyi fərmanla yaradılıb.

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı