Modern.az

Ədalət Partiyası 2012-yə bir gün tez yekun vurdu

Ədalət Partiyası 2012-yə bir gün tez yekun vurdu

Aktual

30 Dekabr 2012, 16:51

Dekabrın 30-da Ədalət Partiyasının mərkəzi qərargahında qurumun sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Bakı şəhəri üzrə partiya fəalları ilə görüşüb.  Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə Ədalət Partiyasının 2012-ci ildə gördüyü işlər dəyərləndirilib, növbəti il üçün qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

İ.İsmayılov ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələrlə bağlı fikirlərini bölüşüb. 2013-cü ildə siyasi proseslərdə fəallığın artacağı vurğulanıb və Ədalət Partiyasının bununla bağlı hansı mövqeni tutacağı ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkədə son vaxtlar baş verən hadisələr də xüsusi diqqət mərkəzində olub.

İ.İsmayılov sonda müzakirə olunan bütün məsələlərlə bağlı partiya fəallarının çoxsaylı suallarını cavablandırıb, baş verənlərə partiyanın münasibətini açıqlayıb və növbəti ildə görüləcək işlərlə əlaqədar partiya üzvlərinin vəzifələrini açıqlayıb.


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı