Modern.az

Deputat ön cəbhədə əsgər və zabitlərlə görüşüb - FOTO

Deputat ön cəbhədə əsgər və zabitlərlə görüşüb - FOTO

Aktual

30 Dekabr 2012, 16:57

Millət vəkili Qənirə Paşayeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.

Modern.az-nın xəbərinə görə, Q.Paşayeva əsgərləri və zabitləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah, gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik edib. Daha sonra Q.Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.

Sonda hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər. Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı