Modern.az

Azərbaycan əsilli türk vətəndaşı İrəvan yürüşünü niyə təxirə saldı?

Azərbaycan əsilli türk vətəndaşı İrəvan yürüşünü niyə təxirə saldı?

Aktual

2 Yanvar 2013, 11:31

Azərbaycan əsilli Türkiyə vətəndaşı Qələndər Bayramlı Ermənistanın törətdiyi soygırımı və Azərbaycana qarşı ərazi iddialarına etirazını dünyaya çatdırmaq məqsədi ilə cıxdığı Ankara-İrəvan yürüşünə Qarsda fasilə verərək Ankaraya dönüb.

 

Ötən ilin noyabrın 21-dən Ankaradan çıxan səyyah 2013-cü il fevralın 26-da irəvana çatmağı planlamışdı. O, noyabrda başladığı yürüş zamanı o 1150 kilometrə qədər piyada yol qət edib.

Qələndər Bayramlı "BBC Azərbaycanca"ya bildirib ki, "Azərbaycan diplomatlarının ona qarşı laqeyd davranışı səbəbindən" yürüşünü yarımçıq qoyaraq Ankaraya dönüb ki, burda mətbuata açıqlama versin.

Qələndər Bayramlının deyib ki, "Azərbaycanın Ankaradakı səfirliyi və Qars Konsulluğu ona laqeyd münasibət göstərib".

"Qarsda Baş Konsul Ayxan Süleymanovu nəzakət ziyarəti etmək istəsəm də, mənimlə görüşə öz müavinini göndərdi" - deyir Qələndər Bayramlı.

Səyyah bildirib ki, bir neçə gün sonra yenidən yürüşünü bərpa edəcək.

Onun sözlərinə görə, yürüşünü ən son qaldığı yerdən - Qarsdan davam etdirəcək. Səyyah Gürcüstanla həmsərhəd "Türkgözü" sərhəd qapısında çadır qurub 20 günə yaxın etiraz aksiyası keçirmək istəyir.

"Bundan sonra Gürcüstana, ordan isə Ermənistana keçməyə cəhd edəcəm. Əgər Ermənistana buraxmasalar, fevralın 26-da Gürcüstan-Ermənistan sərhədində bəyanat verəcəyəm" -deyə Qələndər Bayramlı nəzərdə tutub.

"Diplomatlar ona nə təkliflər verə, nə də onu müdafiə edə bilər"

Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat müşaviri Elsevər Salmanov mövzu ilə bağlı dəyərləndirmədən imtina edib. E.Salmanov "BBC Azərbayaca"ya bildirib ki, "səviyyəsiz vəziyyət barədə açıqlama verməyə ehtiyac yoxdur".

Azərbaycanın Qars Baş Konsulluğunda isə Qələndər Bayramlı ilə görüşüldüyünü təsdiqləyiblər.

"Baş Konsulluqda Qələndər Bayramlının öz təşəbbüsü ilə görüş keçirildi. O bizə yürüşü barədə məlumat verdi. Bu ideyanın onun öz şəxsi işi olduğunu Qələndər Bayramlının diqqətinə çatdırdıq" - Qars konsulunun müavini Fariz Cəfərov "BBC Azərbaycanca"ya bildirib.

Diplomatın sözlərinə görə, Qələndər Bayramlının İrəvana yürüşü ilə bağlı konsulluq "ona nə təkliflər verə, nə də onu müdafiə edə bilər".

"O öz şəxsi qərarı ilə yürüşə çıxıb. Bu addım nə səfirlik, nə də konsulluq tərəfindən təşkil olunub" - baş konsulun müavini bildirib.

Diplomatik tələblər

Qələndər Bayramlının yürüş marşrutunu izləyən jurnalist Sərdar Ünsalın fikrincə, Azərbaycanın diplomatik təmsilçiliklərinin bu yürüşlə bağlı davranışı normaldır.

"Ankara və Qarsdakı diplomatlar Qələndər Bayramlıya nəyə əsaslanaraq diqqət göstərə bilərdilər?! O, Türkiyə vətəndaşıdır. Ayrı bir dövlət kimi Azərbaycan Türkiyənin daxili işlərinə qarışa bilməz. Əgər Qələndər Bayramlı Azərbaycan ərazisində olsaydı, Azərbaycan hökuməti lazım olan dəstəyi verə bilərdi. Onsuz da getdiyi hər yerdə türk vətəndaşları lazım olan dəstəyi ona verirdi. Azərbaycanın Qarsdakı baş konsulu ona nəyə əsaslanaraq dəstək verə bilər ki?!" - deyə jurnalist "BBC Azərbaycanca"ya bildirib.

Sərdar Ünsal deyib ki, səyyah öz şəxsi təşəbbüsü ilə Ankara-İrəvan yürüşünə çıxıb. Azərbaycan bu işdə ona mənəvi dəstəyini bildirməkdən başqa bir şey edə bilməz.

"Əks halda bu, beynəlxalq diplomatik tələblərin pozulması demək olardı".

Jurnalistin fikrincə, Qələndər Bayramlının Ankara-İrəvan yürüşü "öz-özlüyündə gözəl bir hadisədir. Amma bu addımına görə nə isə umması yanlışdır.

İlhamə Qasımlı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı