Modern.az

Hadı Rəcəbli Lənkəranda uşaqları sevindirib - FOTO

Hadı Rəcəbli Lənkəranda uşaqları sevindirib - FOTO

Aktual

4 Yanvar 2013, 22:55


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda  yerləşən  Osman Mirzəyev adına Uşaq evinin və seçicilərinin uşaqları üçün “Palıdlı Sahil” istirahət mərkəzində Yeni il şənliyi təşkil edib. Modern.az-ın məlumatına görə, Yeni il şənliyində 100 uşaq iştirak edib. Şənlikdə Şaxta babanın və Qar qızın gəlişi uşaqları daha da şənləndirib. Yeni il şənliyində müxtəlif mahnılar ifa edilib, viktorınalar və “Palıdlı Sahil” istirahət mərkəzinin ərazisində gəzinti  təşkil olunub. ərasimdə Yeni il tortu kəsilib və uşaqlar üçün çay süfrəsi açılıb. Şənliyin sonunda  Şaxta baba uşaqlara  hədiyyələr paylayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı