Modern.az

Abel Məhərrəmov ad gününü qeyd edib - FOTOLAR

Abel Məhərrəmov ad gününü qeyd edib - FOTOLAR

Aktual

5 Yanvar 2013, 15:35

Modern.az xəbər verir ki, yanvarın 5-də Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ad gününü qeyd edib, onun 63 yaşı tamam olub.
Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub.
1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 2005-ci və 2010-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.








Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı